Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-21 09:54:15
Azərbaycanlı gənclər Ukraynadan “Qızıl bayt” yarışmasından medalla qayıdırlar

Ukraynanın Kiyev şəhərində baş tutan qlobal startap yarışı olan "Qızıl bayt"ın final mərhələsi baş tutub.

AzEdu.az Technote-yə istinadən xəbər verir ki, 2 ildir Azərbaycanın da təmsil olunduğu bu yarışda ölkəmizi 7 nominasiya üzrə həmyerlilərimiz təmsil edirdi. Regional finalın qalibi olan 7 komanda final yarışı üçün Kiyevə səfər etmişdilər.

Dünən günorta saatlarında baş tutan mükafatlandırma mərasimində 3 nominasiya üzrə Azərbaycan da qalib gələn ölkələr siyahısında olub.

"Mobile development" nominasiyası üzrə Turxan Bədəlovun "Wi-fi file manager" layihəsi 2-ci yer.

"Web Project" nominasiyası üzrə Emil İsmayılzadənin "Taskie" layihəsi 2-ci yer.

"Character Design" nominasiyası üzrə Sevinc Əzimovanın "EVA" layihəsi 2-ci yer.

Əlavə olaraq qeyd edək ki, "Wand" layihəsinin müəllifi Anar Əliyev isə xüsusi sertifikat ilə fərqlənənlər arasında olub. Beləliklə, keçən il ilə müqaisədə daha az məhsuldarlığın olmasına baxmayaraq, təmsilçilərimiz vətənə 3 gümüş mükafatla qayıtmağı bacarıb. Yarışın 20.000 dollarlıq mükafat fondu isə qaliblər arasında bölünüb.

"Golden Byte" beynəlxalq IT yarışı hər il Step IT Akademiyasının təşkilatçılığı ilə Ukraynada baş tutur. Hər il 10 mindən çox gəncin iştirak etdiyi beynəlxalq IT çempionatı “Qızıl Bayt” artıq 10-cu dəfədir təşkil olunur.