
İstifadəçilər Vikipediya onlayn ensiklopediyasından istifadə edərkən maraqlı halla qarşılaşıblar.
AzEdu.az xəbər verir ki, bu barədə Feysbuk istifadəçisi Fərrux Qocamanlı paylaşım edib.
F.Qocamanlı qeyd edib ki, Türkmənistan o qədər heç kimə maraqlı deyil ki, 29 gün əvvəl Vikipediya-dakı məlumatı dəyişib bunu yazıblar, amma düzəldən yoxdur.
Belə ki, platformanın Azərbaycan versiyasında Türkmənistan haqqında məqalədə gözlənilməz dəyişiklik edilib. Dəyişiklik edən şəxs məqaləyə xalasını axtarması ilə bağlı bölmə əlavə edib.
Həmin şəxs qeyd edib ki, Türkmənistanda yaşayan xalasını axtarır: "Türkmənistanda yaşadığını bilirəm, amma dəqiq məlumatım yoxdur. Adı Püstəxanımdır. Oğlunun adı Şadlıq, qızının adı Züleyxadır. Həyat yoldaşı Türkmənistan vətandaşıdır. Soyadları Dosiyeva olmalıdır".(Ted.az)