Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-25 11:31:00
Sosial Tədqiqatlar Mərkəzinə daha iki təyinat gerçəkləşib

 

Sosial Tədqiqatlar Mərkəzinin kadr potensialının təkmilləşdirilməsi, müvafiq kadr bazasının formalaşdırılması STM rəhbərliyinin daim diqqət mərkəzində saxladığı prioritet məsələlərdən biridir. Belə ki, Sosial Tədqiqatlar Mərkəzində yaradılan ideya bankı bölməsi də STM-in kadr bazasının formalaşdırılmasında mühüm rol oynayır.

 Sosial Tədqiqatlar Mərkəzinə daha iki təyinat gerçəkləşib.

 Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Orucun imzaladığı əmrlə Şəfanə İbrahimova və Afaq Məmmədova Sosial Tədqiqatlar Mərkəzinin aparıcı məsləhətçisi vəzifəsinə təyin olunublar.

 Şəfanə İbrahimova ölkənin tanınan media orqanlarında çalışıb, Afaq Məmmədova isə gənc və peşəkar tərcüməçi olaraq fəaliyyət göstərib.