Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-01 17:09:00
Xərçəngə qalib gəlmiş həkim Odile Fernandesin açıqlaması:Mən narahat deyiləm

Narahat olmaq nə deməkdir? Yəni siz olmayanlar və yaxud nə isə olub keçənlər haqqında əzab çəkirsiniz. Bu absurddur, siz boş şeylər üçün çox vaxt itirirsiniz. Biz keçmişdə pis hərəkətlər etmişik, səhvlərimiz olub və yaxınlarımızı incitmişik. Biz özümüzə qarşı qəddarıq. Gələcək haqqında düşünmək ağılsızlıqdır, biz nə olacaq bilmirik, hər bir anımız axırıncı ola bilər, ona görə də həyatımızdan həyəcanı yığışdırmalıyıq, mübarizə aparmalıyıq və iri addımlarla irəli getməliyik.

Mən hirslənmirəm

Biz hər bir şeyi nəzarətdə saxlamaq istədikdə qəzəblənirik və hirslənirik. Nəsə bziim nəzarətimizdən çıxanda qəzəblənirik. Qorxduğumuza görə də hər şeyi nəzarətdə saxlamaq istəyirik. Üzülməmək və hamıya etibar etmək lazımdır.

Təşəkkür etmək

Təşəkkür etmək – xeyirxahlıqdır. Əgər biz gülümsəməyi və təşəkkür etməyi bacarsaq, o zaman həyat bizdən razı olar və hər istəyimizi verər. Lakin nəyisə alan zaman sağol demiriksə, tezliklə istəklərimizi ala bilmərik. Kiməsə ən yaxşı bir şeyi verəndə və minnətdarlığı almayanda çox məyus oluruq. Biz təkcə insanlara nəsə aldığımıza görə sağ ol deməməliyik, təbiətin bizə verdiklərinə görə də təşəkkür etməliyik.

Hər bir təcrübə, hər bir yeni gün, hər bir mübarizə bizi zənginləşdirir və biz ona minnətdar olmalıyıq.

Mən çox işləyirəm

Hər birimizin şəxsi işi vacibdir. Hamımızın cəmiyyətdə öz yeri var, iş bizim enerjimizin bir hissəsidir və biz bu enerjini ətrafımıza veririk. Biz hər bir işimizi ürəklə və sevinclə etməyə çalışmalıyıq. Usta Mikao Usui deyir ki, öz içimizdə var gücü ilə çalışmalıyıq, psixikamızı və şəxsi emosiyalarımızı öyrənməyə vaxt sərf etməliyik, şəxsiyyətimizi təkmilləşdirməliyik, xoşbəxt olmaq üçün İşığa və Sevgiyə meyl etməliyik və ətrafa sevinc saçmalıyıq.

Mən mehribanam və hörmətciləm

Dünyanı yaxşılaşdırmaq üçün çox vacibdir ki gülərüzlü olasan. Xeyirxah və sevincli sima işıq saçır, hirsli və qaşqabaqlı üz isə ətrafında xoşagəlməyən mühit yaradır. Budda dininə riayət edənlər deyirlər ki, həyatda nə baş verirsə versin həmişə gülmək lazımdır. Bir xoş söz hansısa bir adamın gününü sevincli edər, dünyaya işıq gətirər.

Mən reyki metodunu bir çox terapevtlərlə tətbiq etdim, onlar mənə kömək etdilər. Qorxunu və həyəcana qalib gəlib, mübarizə apardım və xərçəngə qalib gəldim. Mənim üçün reykinin tətbiqi sağalmamın bir hissəsi oldu.