Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-02 18:02:00
Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev “Azərbaycan Respublikası və Misir Ərəb Respublikası arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 10 avqust tarixli 438 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

 Modern.az-ın məlumatına görə, sərəncamda deyilir:

 “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 1. “Azərbaycan Respublikası və Misir Ərəb Respublikası arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 10 avqust tarixli 438 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 646; 2010, № 9, maddə 773; 2012, № 2, maddə 120; 2014, № 5, maddə 477; 2016, № 8, maddə 1384, № 9, maddə 1518; 2018, № 8, maddə 1677) 1-ci hissəsi ilə təsdiq edilmiş Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilsin:

 “Komissiyanın həmsədri

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri

Komissiyanın üzvləri

Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini

Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası Maliyyə nazirinin müavini

Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin müavini

Azərbaycan Respublikası Təhsil nazirinin müavini

Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini

Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti

Azərbaycan Respublikasının Misir Ərəb Respublikasında fövqəladə və səlahiyyətli səfiri.”.

 2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə Misir Ərəb Respublikası tərəfinə bildiriş göndərsin.”

 ***

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 7 fevral tarixli 2670 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

 

Modern.az xəbər verir ki, sərəncamda deyilir:

 

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1. “Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 7 fevral tarixli 2670 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 2, maddə 78, № 11, maddə 1030; 2010, № 2, maddə 80, № 9, maddə 773; 2012, № 2, maddə 107; 2014, № 2, maddə 112, № 5, maddə 477, № 11, maddə 1414; 2016, № 8, maddə 1384, № 9, maddə 1518; 2018, № 8, maddə 1677) 1-ci hissəsi ilə təsdiq edilmiş Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilsin:

 

“Komissiyanın həmsədri

Azərbaycan Respublikasının Maliyyə naziri

 

Komissiyanın üzvləri

Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini

Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası Energetika nazirinin müavini

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini

Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin müavini

Azərbaycan Respublikası Təhsil nazirinin müavini

Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini

Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti

Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini

Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığında fövqəladə və səlahiyyətli səfiri.”.

 

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə İordaniya Haşimilər Krallığı tərəfinə bildiriş göndərsin.”

 

***

Prezident İlham Əliyev “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 7 fevral tarixli 2667 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

 

Modern.az-ın məlumatına görə, sərəncamda deyilir:

 

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1. “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 7 fevral tarixli 2667 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 2, maddə 75; 2009, № 1, maddə 17, № 9, maddə 734; 2014, № 2, maddə 112, № 6, maddə 644, № 11, maddə 1414; 2016, № 8, maddə 1384, № 9, maddə 1518; 2018, № 8, maddə 1677) 1-ci hissəsi ilə təsdiq edilmiş Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilsin:

 

“Komissiyanın həmsədri

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri

Komissiyanın üzvləri

Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini

Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin müavini

Azərbaycan Respublikası Energetika nazirinin müavini

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini

Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri

Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri.”.

 

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə Tacikistan Respublikası tərəfinə bildiriş göndərsin.”

 

***

 

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 4 noyabr tarixli 579 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Modern.az xəbər verir ki, sərəncamda deyilir:

 “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 1. “Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 4 noyabr tarixli 579 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 11, maddə 904; 2012, № 2, maddə 108; 2014, № 2, maddə 112, № 6, maddə 644, № 11, maddə 1414; 2016, № 8, maddə 1384, № 9, maddə 1518; 2018, № 3, maddə 534) 1-ci hissəsi ilə təsdiq edilmiş Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilsin:

 “Komissiyanın həmsədri

 Azərbaycan Respublikasının İqtisadiyyat naziri

 Komissiya həmsədrinin müavini

 Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini

 Komissiyanın üzvləri

 Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini

Azərbaycan Respublikası Energetika nazirinin müavini

Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin müavini

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini

Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini

Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini

Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti

Azərbaycan Respublikasının Litva Respublikasında fövqəladə və səlahiyyətli səfiri.”.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə Litva Respublikası tərəfinə bildiriş göndərsin."

**

Prezident İlham Əliyev “Azərbaycan Respublikası və İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 20 sentyabr tarixli 1680 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

 AzEdu.az-ın məlumatına görə, sərəncamda deyilir:

 “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 1. “Azərbaycan Respublikası və İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 20 sentyabr tarixli 1680 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 9, maddə 782; 2009, № 1, maddə 17, № 7, maddə 589; 2012, № 2, maddə 133; 2014, № 2, maddə 112, № 6, maddə 644; 2016, № 8, maddə 1384, № 9, maddə 1518; 2017, № 11, maddə 2091; 2018, № 8, maddə 1677) 1-ci hissəsi ilə təsdiq edilmiş Hökumətlərarası Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilsin:

 “Komissiyanın həmsədri

 Azərbaycan Respublikasının Energetika naziri

 Komissiyanın üzvləri

 Azərbaycan Respublikası Maliyyə nazirinin birinci müavini

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin birinci müavini

Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini

Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini

Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini

Azərbaycan Respublikası Təhsil nazirinin müavini

Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti

Azərbaycan Respublikasının İtaliya Respublikasında fövqəladə və səlahiyyətli səfiri.”.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə İtaliya Respublikası tərəfinə bildiriş göndərsin.”