
AzEdu.az Azərbaycan Təhsil Portalı “Məşhurla oxu” rubrikasını davam etdirir.Rubrikamızın budəfəki qonağı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının məşhur aktrisası Asya Atakişiyevadır.
DOSYE:
Asya Çingiz qızı Atakişiyeva Bakıda doğulub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Teatr kollektivinin rejissoru” fakültəsini bitirib. 2008-ci ildə “Rejissorluq” fakültəsinin magistraturasına daxil olub. 2004-cü ildən Azərbaycan Dövlət Gənclər teatrında aktyor vəzifəsində çalışıb. Maralıdır ki, o, rejissorluq üçün müraciət etsə də aktrisa kimi işə qəbul olunub.
Ən çox sevdiyi əsərlər
-Emaunel Smit “Oskar və Çəhrayı qadın”, A.S.Ekzüperi “Balaca Şəhzadə”, Məhəmməd Füzulinin “Leyli və Məcnun”, Somerset Moem “Aktrisa”əsərləri
Niyə məhz onlar?
-Bu əsərləri oxuyanda həyəcanı, həmin əsərlərdəki hadisələri hiss edirdim. Həyəcanlanırdım, kövrəlirdim. Əgər bir kitabı yerə qoymaq istəmirsənsə, deməli, səni cəlb edib.
“Oskar və çəhrayı qadın”
-Bu əsərdə çox gözəl sözlər var. Orda cərayan edən hadisələrin cümlələrlə ifadəsi möhtəşəm idi.
“Balaca Şəhzadə”
-Məktəb vaxtı “Balaca Şəhzadə” əsərini oxumuşdum. Bu əsərdə “Gözlər kordu ürəylə axtarmaq lazımdı” cümləsi mənim yaddaşıma həkk olunmuşdu.Tamaşasına bu yaxınlarda baxdım və yenidən yadıma düşdü.
“Aktrisa”
-Moemin bu əsərində aktrisanın səhnəyə çıxışından danışılır. Daha doğrusu, aktrisanın özü bu zaman yaşadığı hissləri təsvir edir. O bu zaman çox güclü həyəcan keçirir. Özünü söyərək deyir: “Mənə bu lazım idi?! O həyəcanı niyə keçirdim?!”
“Daha səhnəyə çıxmayacağam desə də, səhnəyə varandan sonra keçirdiyi gözəl hisslərin sayəsində çox xoşbəxt olur.
Mən və aktrisa
-Mən də həmin aktrisa ilə demək olar, eyni hissləri yaşamışam. Əsər mənə yaşadığım həyacanı xatırladır deyə, onu on bu qədər çox sevirəm.
Oxuyub və canlandırdıqlarım...
“Leyli və Məcnun” əsərindən Leylini oynadığıma görə çox xoşbəxtəm. Sevinirəm ki, aktrisalıq fəaliyyətimdə Leyli kimi obrazı canlandırmışam.
Əvvəllər isə...
Cülyettanı oynamağı çox arzulayırdım.
Ülkər Abdurahmanlı