Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-05 15:57:00
Yeni təyin olunan icra başçılarının təhsil dosyeləri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nahid Bağırovu İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, Mirhəsən Seyidovu isə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar sərəncam imzalayıb.

AzEdu.az yeni təyin edilən icra başçılarının təhsil dosyelərini təqdim edir:

Nefçala rayonunun icra başçısı vəzifəsini yerinə yetirməyə hazırlaşan MirHəsən Seyidov 15 iyul 1989-cu ildə Sumqayıt şəhərində anadan olub. 1995 -ci ildən  287 saylı “Zəkalar” litseyində təhsil almağa başlayıb. 2006 -cı ildə orta məktəbi bitirib. Elə həmin il Azərbaycan Universitetinin Vergi və Vergitutma fakültəsinə yüksək göstərici ilə daxil olub. 2010 -cu ildə ali təhsilin bakalavr pilləsini bitirib.  MirHəsən Seyidov 2012-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin  Beynəlxalq biznes MBI magistr dərəcəsi əldə edib.

İsmayıllı rayonunun yeni icra başçısı Nahid Bağırov  4 aprel, 1979-cu ildə Bakı şəhərində anadan olub. Orta təhsili 242 və 151 saylı məktəblərdə alıb.

1999-cu ildə Azərbaycan Beynəlxalq Universitetinin Hüquq fakültəsini, 2006-cı ildə isə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq Fakültəsini bitirib.

 

 

 

.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları