
"Yayılmaqda davam edən yeni növ koronavirus infeksiyasının Azərbaycanda kəskin xarakter almasının qarşısının alınması üçün təxirəsalınmaz tədbirlər davam etdirilir".
Bu barədə AzEdu.az-a Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov məlumat verib.
Onun sözlərinə görə, Mədəniyyət nazirinin martın 3-də verdiyi əmrlə tabelikdə olan təhsil müəssisələrində təhsil prosesi müvəqqəti olaraq dayandırılıb: “Martın 6-da verilən digər əmrlə infeksiyanın mədəniyyət müəssisələrində yarada biləcəyi təhlükənin qarşısının alınması və bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi üzrə tədbirlər planı tətbiq edilib. Hazırda Mədəniyyət Nazirliyinin tabeliyindəki bütün müəssisələrdə sanitar-gigiyena və profilaktik-dizenfeksiya işləri görülür, qapalı ərazilərdə kütləvi tədbirlər təxirə salınır, xarici ezamiyyələrin məhdudlaşdırılması, maarifləndirmə və cari işlərin aparılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir”.