Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-14 17:48:00
Məşhur PROFESSOR TƏHLÜKƏLİ VİRUSLAR haqqında bilmədiklərimizi AÇDI: “İmmunitet maksimum 3-4 ilədək...”

Peyvənddən sonra immunitet infeksiyalara qarşı nə qədər dözümlü olur, bədəni soyuqdəymə və qripdən nə dərəcədə qoruyur, ev heyvanlarından yoluxmaq mümkündürmü və niyə yayda xəstələnmirik?

AzEdu.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Mərkəzi Klinik Xəstəxananın yoluxucu xəstəliklər üzrə tədqiqat rəhbəri, Moskva Dövlət Universitetinin Fundamental Tibb Fakültəsinin infeksion xəstəliklər üzrə professoru Andrey Viktoroviç Devyatkin bu suallara cavab verib. Professor viruslar və müalicə qaydaları haqqında geniş məlumat verib.

Bəla soyuqla gəlir

Niyə soyuq və qrip virusları dünyanı gəzir? Mövsümlə hansısa əlaqəsi varmı?

- Respirator viruslar insan orqanizmində çoxdan yayılıb və mövcuddur. Ən azı 180 belə virus var. Onların əksəriyyəti kəskin respirator infeksiyalara səbəb olmur və asanlıqla irəliləyir. Həyatımız boyu tənəffüs viruslarına yoluxuruq, bunun nəticəsində immunitetimiz məşq edir və yeni patogen təhlükəli virus meydana gətirdikdə immunitet təcili vəziyyətdə özünümüdafiə qorunma mexanizmi yaradır.

Qışda virusların fəallığını və tənəffüs yoluxucu xəstəlikləri artıran xarici və daxili şərait çoxalır. Birincisi, günəş işığı çatışmazlığı şəraitində tənəffüs yoluxucu xəstəliklərin törədiciləri ətrafımızdakı obyektlərdə daha uzun müddət qalır, ikincisi, bir çox insanın immun sistemi zəifləyir. Bundan əlavə, soyuq mövsümdə insanlar isti otağa çəkilir, bir-birlərinə daha yaxın olmağa çalışırlar, odur ki, virusların sürətli yayılma qabiliyyəti artır.

Yay aylarında günəş sayəsində tənəffüs yolları virusları çox aktivləşmir. İsti aylarda tənəffüs xəstəlikləri asan və tez ötüşür. Yayda boğaz ağrısı, burun axması, soyuqdəymə ola bilər, ancaq bütün bu simptomlar bir neçə gün ərzində, ümumiyyətlə bədən hərarəti olmadan yoxa çıxır.

Xəstələndiyimiz zaman antiviral dərman qəbul etmək lazımdır?

- Əlbəttə ki, kəskin respirator virus infeksiyaları üçün antiviral dərmanlar qəbul edilməlidir. Faydaları və təsirləri kliniki elmi araşdırmalarda sübut olunub. Belə bir deyim var ki, qrip müalicə olunarsa, yeddi günə keçər. Məncə, bu təhlükəli səhvdir. Kəskin respirator virus infeksiyalarının təhlükəsi ilk növbədə komplikasiyanın yaranma riski ilə əlaqələndirilir - iltihab, obstruktiv bronxit və hətta sətəlcəm. Odur ki, antiviral dərmanların xəstəliyin ən erkən vaxtında qəbul edilməsi, çoxsaylı klinik araşdırmalara görə həqiqətən belə komplikasiyanın inkişaf ehtimalını azaldır. Patogen virusların müxtəlifliyini nəzərə alaraq, geniş antiviral spektrli dərmanlar prioritet olmalıdır.

Xəstəliyin artdığı dövrdə immunomodulyator qəbul etməyin mənası varmı?

İmmunomodulyatorlar heterogen dərmanlar qrupudur. İnterferonların istehsalını stimullaşdıran vasitələri götürsək, onlardan istifadə etməzdən əvvəl interferon vəziyyəti və immunnitet ilə bağlı araşdırma aparmağı tövsiyə edirəm, çünki bu cür stimullaşdırmaya cavab vermək üçün immunitet sisteminin imkanlarını dəqiq anlamaq lazımdır. Bu baxımdan, xoşagəlməz reaksiyalar riski olmadan immun sisteminin işini normallaşdıran dərmanlara daha çox üstünlük verilir. Klinik tədqiqatlar açıq şəkildə göstərir ki, profilaktik məqsədlər üçün bu cür dərmanların istifadəsi tənəffüs virus infeksiyalarının yayılmasını azaldır və kəskin respirator virus infeksiyalarının əlamətlərinin erkən müalicəsi ilə onlar xəstəliyin müddətini və fəsadların tezliyini azaldır.