Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-03 13:48:00
Təhlükəli asteroid Yerə yaxınlaşır - TARİX AÇIQLANDI

Yer kürəsinə nəhəng asteroid yaxınlaşır.

 

AzEdu.az NASA-nın saytına istinadən xəbər verir ki, potensial təhlükəli asteroid aprelin sonunda Yerə yaxınlaşacaq.

 

Alimlərin fikrincə, 52768 nömrəli asteroid (1998 OR2) aprelin 29-da planetimizə ən yaxın məsafədə olacaq.  Həmin gün o Yerdən 6,29 milyon kilometr məsafədə olacaq. Asteroidin diametri 1,8 ilə 4,1 kilometrə qədərdir.
Uçuş yolu Yer orbitindən keçdiyi üçün bu asteroid potensial təhlükəli hesab olunur. O Günəşin ətrafını yer kürəsinin 3.68 il müddətinə dövr edəcək.

 

Potensial təhlükəli asteroidlərin Yerə yaxınlaşması nadir hal sayılmır. Belə hadisələr tez-tez yaşanmasada, ara-sıra baş verir. Bundan əvvəl fevral ayının ortalarında NASA, planetə diametri 440 ilə 990 metr olan 163373 nömrəli bir göy cisminin yaxınlaşdığını da qeyd edib. (ölkə.az)