Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-06 10:36:00
Koronavirusla mübarizədə böyük addım-Vaksin yaxın günlərdə dünyanı xilas edəcək

“Bu dərmanın 48 saat içində COVID-19-u öldürdüyü sübut olundu”.

 

AzEdu.az xəbər verir ki, bu sözləri jurnalist İbrahim Nəbioğlu şəxsi facebook səhifəsində yazıb.

 

O, koronavirusla mübarizədə alimlərin böyük uğur əldə etdiyini qeyd edib.

 

“Keçən həftə "Bir az dözün" yazmışdım, "Yıxılmayın" demişdim, minlərlə alim, mikro-bioloq, farmakoloq, virusoloqun gecə-gündüz çalışdığını və "Peyvənd üçün hələ tezdir" ,amma hər keçən gün dərmanı, müalicəsi çıxacaq deyə status paylaşmışdım. Bu 3 ayda o qədər məqalə, yazı oxumuşdum ki.. Hətta çin dilindən online tərcümə etdirib onları da mütaliə edirdim.

 

Bilirdim ki, bu belə gedə bilməz, belə ola bilməz. Və həqiqətən də olmaq üzrədir, olur”. 

 

Jurnalist qeyd edir ki, COVİD-19-u məhv edəcək vaksin artıq istifadəyə verilmək üzrədir.

 

“Avstraliyada IVERMECTIN adlı anti-parazit (Təbiətin qəribə paradoksuna baxın) dərmanı 48 saat içində COVID-19-u öldürdüyü sübut olundu. Bu dərman qısa zamanda klinik çalışmaları bitirib insanlığı böyük bir bəladan xilas edəcək.

 

Əslində mən bu gözəl xəbəri 2 gün əvvəldən bilirdim. Ancaq Ürək və Damar xəstəlikləri Uzmanı Prof.Dr. Bengi Başerin bunu sosial mediaya bəyan etməsilə artıq yazmaq olar dedim. Yazım ki, bu gecə rahat yataq, amma mütləq "Evdə qalaq". Çünki bu və ya digər çarələr gəlib çatıncaya qədər yaşamaq və yaşatmaq lazımdır.

 

Yaponiyalı Satoshi Omura və İrlandiyalı William C. Campbell...Fiziologiya və tibb üzrə 2015-ci il Nobel mükafatı laureatları. İki nurani adam bu yüksək mükafata IVERMECTIN-in antilgelmint preparatının kəşfi və dünya təbabətində tətbiq edilməsinə görə alıblar.  

 

Ancaq bu təvazökar alimlərlə bərabər anti-parazital dərmanları koronavirusla mübarizədə istifadə etmə təşəbbüsündə bulunan avstraliyalı araşdırmaçıları da xüsusi qeyd etmək lazımdır.

 

Bir məsələni demək istəyirəm. Bu ümidverici xəbər ancaq bir klinikanın əldə etdiyi uğurdur. Görəcəksiniz, önümüzdəki günlərdə nə preparatlar, nə yeni metodlar çıxacaq. Qabaqcıl ölkələr illərdir elmə, təbabətə, təhsilə milyardları boş yerə xərcləmirdilər ki?

 

İndi "Daşları toplama zamanıdır" və sabaha ümidlə qalxaq. Qalxsaq həyata artıq başqa gözlə baxacağıq - şəxsən mənim ən böyük arzum budur.

 

OPEK toplantısından da yaxşı xəbər gözləyirəm. Neft ölkəsi olan Azərbaycan üçün 8 və ya 9 apreldə pandemiya səbəbilə video-konfrans formatında keçiriləcək toplantıdan ümidverici bir xəbər alıb, neft bazarının stabilləşdiriləcəyinə inanrıam”.

 

Qulaqlarınız hər zaman yaxşı xəbərlər eşitsin!!!