
“Anti-parazit dərmanı olan IVERMECTIN-nin çox qüvvətli təsirə malik olduğu laboratoriya şəraitində ortaya çıxıb.”
AzEdu.az xəbər verir ki, bu sözləri jurnalist İbrahim Nəbioğlu şəxsi facebook səhifəsində yazıb.
O, bununla bağlı araşdırma məqaləsinin "Antiviral Research" jurnalında çıxdığını deyib.
“Araşdırmaçılar dərmanın bir dozunun 24 saat içində viral RNT- də (ing. RNA) 93%, 48 saatda isə 5.000 dəfə (!!!) daha azalma göstərdiyini müşahidə ediblər. Avstraliyalı araşdırmaçılar bu kəşflə IVERMECTIN-nin 48 saat ərzində COVID-19-un bütün genetik materialını ortadan qaldırdığını söyləyirlər.
Dünən axşam və bu günün ümidverən xəbərlərini bir yerə toplamağa çalışaq:
1. IVERMECTIN-nin tək bircə dozunun virusun genetik materialını 5.000 dəfə azaltması onun tamamən aradan qaldırdığını göstərən bir kəşfdir.
2. IVERMECTIN-dən bütün dünyada yetəri qədər var, çünki WHO-nun "Vacib dərmanlar" siyahisindədir.
3. IVERMECTIN-in anti-viral təsirə malik olduğu daha əvvəllər də dəfələrlə təsdiqlənib.
4. IVERMECTIN-in anti-parazit dərmanı üçün FDA (U.S. Food and Drug Administration) təsdiqi zatən var. Yəni onun insanların istifadəsi klinik test və icazə prosedurlarının çox qısa müddətdə alınması mümkündür və bunu edəcəklər.
Çoxları kimi mənim də ən sevindiyim xüsus ondadır ki, rəqabət mühiti çox ciddi dərəcədə hərəkətə keçib və "kim tez bitirəcək" yarışı nəinki ölkələr arasında, hətta eyni ölkə içindəki universitet və klinikalar arasında görünməmiş bir həvəsə dönüşüb. İnsanlığa xidmət etmə istəyi fərqli duyğudur demək ki”.
Qeyd edək ki, dünyanın müxtəlif ölkələri COVİD-19 infeksiyası ilə mübarizə istiqamətində vaksin hazırlamağa çalışır.