Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-11 11:36:00
Türkiyəli həkim müəllimlərə onlayn seminar keçib  

Azərbaycan Texniki Universitetinin (AzTU) bir qrup müəllim və əməkdaşları "Xəstəxanalarda korona prosesində biotibbi tədqiqatlar" mövzusunda onlayn seminarda iştirak ediblər.

AzTU-dan AzEdu.az-a bildirilib ki, seminarı Türkiyə Medipol Universiteti Xəstəxanasının biomedikal üzrə rəhbəri Y.Bora Gündoğdu təqdim edib. O, Türkiyədə tibb işçilərinin real iş vəziyyəti, xəstəlikdən qorunma və immun sistemini gücləndirməyin yolları haqqında ətraflı məlumat verib, maarifləndirici videoroliklər paylaşıb.