
Fransada yeni növ koronavirusun (COVID-19) müalicəsində istifadə olunan xloroksinin xəstələrin 91,7%-ni 10 gün ərzində sağaltdığı müəyyənləşib.
AzEdu.az xəbər verir ki, bu haqda Fransa mətbuatı məlumat yayıb.
Marsel şəhərindəki Aralıq dənizi İnfeksion Xəstəliklər İnstitutunun professoru Didye Raoltun apardığı araşdırma nəticəsində malyariya müalicəsində istifadə edilən xloroksin 1061 koronavirus xəstəsində sınanılıb.
Bu xəstələrin 91,7%-i 10 içində virusdan sağalıb, 74-95 yaş arasındakı xəstələrin 0,5%-i isə dünyasını dəyişib.
Qeyd edək ki, koronavirusun müalicəsində xlorokinin istifadəsini vacib sayan Didye Raolt aprelin 9-da Fransa prezidenti Emmanuel Makronla görüşüb.
Qərara görə, sözügedən dərmandan virusu sağaltmaq üçün istifadə etmək rəsmən təsdiqlənib.