Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-13 10:47:00
Koronavirus soyuducuda 1 ay yaşayır, onu məhv etməyin yeganə çarəsi... - Professor şok detalları açdı

“Koronavirus xüsusilə təbii məhsullarla birlikdə 1 ay yaşaya bilər”.

 

AzEdu.az xəbər verir ki, bu sözləri Türkiyə Səhiyyə Nazirliyi yanında Koronavirusla Mübarizə Elmi Qurumunun üzvü, Mikrobiologiya Cəmiyyətinin sədri Barış Otlu deyib.

 

Professor koronavirusun soyuducuda yaşaması haqqında detalları bölüşüb: “Aparılan araşdırmalar virusun soyuducu temperaturu olan +4°C-yə dözdüyünü ortaya qoyub. Bu şəraitdə 14 gün ərzində sayə 10 qat azalsa da, virus xəstəliktörətmə funksiyasını qoruyub saxlayır. Soyuducunun dondurucu gözü -20°C-yə qədər enə bilər. Virus xüsusilə təbii məhsullarla birlikdə olanda bu temperaturda 1 ay qala bilər. Lakin təkrarlanan donma və açılma prosesi koronavirusa mənfi təsir göstərir. (publika.az)