Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-13 18:10:00
Amerikalı həkimdən koronavirusla bağlı etiraf: “Bu halda daha az insan ölərdi”

ABŞ-da sosial məsafə qaydası daha erkən tətbiq olunsaydı, koronavirusdan ölənlərin sayı daha az olardı.

 

AzEdu.az oxu.az-a istinadən xəbər verir ki, bu sözləri Ağ Evin COVID-19-la mübarizə qrupunun tərkibinə daxil olan həkim Antoni Fauci deyib.

 

A.Faucinin sözlərinə görə, o və bir sıra tibbi ekspertlər fevral ayında ABŞ Prezidenti Donald Trampa daha kəskin tədbirlər görülməsi ilə bağlı xəbərdarlıq ediblər, lakin bu tövsiyələr qəbul edilməyib.