_132.jpg)
Müstəqil Türkiyə Partiyasının (BTP) sədri Haydar Baş koronavirusun qurbanı olub.
AzEdu.az xəbər verir ki, bu barədə “İxlas” agentliyi məlumat yayıb.
Bildirilib ki, 73 yaşlı partiya sədri 4 gündür müalicə aldığı Trabzondakı özəl xəstəxanada dünyasını dəyişib.
H.Baş ötən gün reanimasiyaya yerləşdirilmişdi.
Onun ailəsinin 8 üzvünün Kovid-19 testi pozitiv çıxıb.
Trabzon Böyükşəhər Bələdiyyəsi partiya sədrinin nəşini ailə qəbiristanlığında dəfn edəcək.
Qeyd edək ki, 28 yanvar 1947-ci ildə Trabzonda dünyaya gələn Haydar Baş Müstəqil Türkiyə Partiyasının qurucusu və sədri olub. İlk, orta və ümumi təhsilini Trabzonda alıb. Daha sonra Ərciyəs Universitetinin Ali İslam İnstitutundan məzun olub.
9 il Bakı Dövlət Universitetində müəllim işləyib. O, bu günə qədər universitetin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsində vəzifəsini yerinə yetirirdi.