Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-23 17:44:00
Nəyə görə bizdə COVİD-19 virusuna yoluxanların sayı və ölüm faizi aşağıdır?
Bu gün bütün dünyanı əsarətdə saxlayan COVİR-19 virusu ilə əlaqədar elan olunan karantin artıq öz töhfəsini verməkdə davam edir.
 
 
 
AzEdu.az xəbər verir ki, koronavirus  infeksiyanı əvvəldən izləyən bir həkim kimi deyə bilərəm ki,o fikirləşdiyimiz kimi həddən artıq təhlükəli deyilmiş.Çünki,onun yaratdığı ağırlaşmalar əsasən yaşlı xroniki xəstəlikləri,immun qabiliyyətləri aşağı olan insanlarda müşahidə olunur.Yəni,vəziyyəti yaxşı olmayan yaşlı xəstələrin
ya vəziyyətlərini daha da ağırlaşdırır,ya da onların vaxtından tez ölümünə səbəb olur.
 
 
 
Bu elmə çoxdan məlum olan koronavirus ailəsinə mənsub virusun yeni növü olduğundan onun haqqında fikir yürütmək elə də asan məsələ deyildir.Bunun üçün gərək əldə elmi,nəzəri,xəstəliyin gedişində baş verən nəticələr olmalı idi.
 
 
 
Hələlik elmi nəticələr olmasa da, nəzəri cəhətdən bunun o biri viruslardan elə də qorxulu olduğu görünmür.
 
 
 
Ölkəmizdə isə gördüyünüz kimi aparılan epidimioloji tədbirlər nəticəsində yoluxmaların sayı və ölüm faizi hələ ki yüksək deyil.
 
 
 
Nəyə görə bizdə COVİD-19 virusuna yoluxanların sayı və ölüm faizi aşağıdır.
 
 
 
Yuxarıda qeyd etdiyim kimi ölkəmizdə əks-epidemik tədbirlər vaxtında həyata keçirildi.Yəni,qonşu dövlətlərlə sərhəd demək olar ki,vaxtında bağlandı.Ölkəyə qayıdanların hamısı karantinə götürüldü və onların hamısına test olundu.Bundan əlavə qonşu dövlətlərdən bir neçə günlər əvvəl ölkəyə qayıdanların hamısı müəyyən olunaraq hamısı və onlarla tənasda olanlar da karantinə alındı.Bütün şübhəlilərə xəstəliyə görə test edilərək yoluxanların hamısı müalicəyə götürüldü.
 
 
 
Ölüm faizinin az olması isə millətimizin immun qabiliyyətinin yuxarı olmasındadır.
Hər bir insan gündə 3500-4500 kkal eneryı itirir.Bu enerjinı isə qəbul etdikləri qidaların tərkibindəki karbohidratların,yağların və zülalların parçalanası nəticəsində əldə edilirlər.İnsan hər gün 120 qr zülal,105 qr yağ (20-25 qr bitki mənşəli olur) və 500-600 qr karbohidrat alır.Bu qidaların içərisində ət,ət məhsulları,çörək üstünlük təşkil edir.Çörəyin tərkibi demək olar ki karbohidratlardan təşkil olunub.Artıq karbohidratlar orqanizmdə parçalanaraq yağ şəklində dərialtı piy təbəqəsində yığılır.Eyni zamanda çörəyin tərkibində mineral duzlar və orqanizm üçün faydalı olan kimyəvi elementlər üstünlük təşkil edir.Avropalılar demək olar ki,yağdan.çörəkdən az istifadə edirlər.Bizim millət də ət və çörəyi avropalılardan çox qəbul etdiyindən immun qabiliyyətimiz onlardan yüksəkdir.Bunun nəticəsidir ki,bizim orqanizmimiz viruslara qarşı daha davamlı müqavimət göstərə bilir.
 
 
 
Bir də ki,başqa xalqlara nisbətən bizim təşvişdə qalmaq xüsusiyyətimiz aşağıdır.
 
 
 
Bütün bunların əsasında demək mümkündür ki, şəxsi ğiğiyena qaydalarına əməl etməklə, məsafə rejimini saxlamaqla ölkəmizdə karantinə may ayında son vermək olar.
 
 
Moderator.az