Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-24 15:54:00
Artıq bu işləri də Ali Attestasiya Komissiyası həyata keçirəcək   

 

Azərbaycanda elmi müəssisələrin (təşkilatların) akkreditasiyasını həyata keçirəcək qurum müəyyənləşir.

 

AzEdu.az-ın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Elm haqqında” qanuna təklif edilən təklif edilən dəyişiklikdə əksini tapıb.

 

Qüvvədə olan qanuna əsasən, elmi müəssisələrin akkreditasiyası qaydasını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Elmi müəssisələrin akkreditasiyası qurumu müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən əsasnaməyə uyğun olaraq, ictimai əsaslarla fəaliyyət göstərir. Layihəyə əsasən, elmi müəssisələrin (təşkilatların) akkreditasiyası ali attestasiya orqanı tərəfindən həyata keçiriləcək.