Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-27 15:21:00
Yer kürəsinin ən böyük aysberqi dağılmağa başlayıb

Antarktida sahillərində yerləşən dünyanın ən böyük aysberqi dağılmağa başlayıb.

 

AzEdu.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Suonsi Universitetinin tədqiqatçıları məlumat yayıb.

 

A-68 aysberqinin 175 kvadrat metr sahəyə malik hissədən məhrum olması onun tamamilə əriməsinə səbəb ola bilər.

 

Aysberq 2017-ci ilin iyulunda Larsen buzlağından qopub. O vaxt aysberqin sahəsi 5,8 min kvadrat metr təşkil edirdi ki, bu da Lüksemburqun sahəsindən iki dəfə böyükdür.