Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-28 16:08:00
Çində məktəblər açıldı

Yeni tip koronavirusun ortaya çıxdığı Çinin paytaxtı Pekində orta ümumtəhsil məktəbləri açılıb.

 

AzEDu.az xəbər verir ki, son sinifdə oxuyan 50 minə yaxın şagird qoruyucu maska taxmaq və sosial məsafəni qorumaq şərtilə məktəbə gedib.

 

Onlar məktəbə daxil olmadan əvvəl hərarəti müəyyən edən aparatların yoxlanışından keçiblər.

 

Buna rəğmən, Çində 1 200-dən çox şagird müxtəlif səbəblərdən dolayı məktəbə gedə bilmir. Pekində 800-dən çox şagird karantində saxlanılır, 300-dən çoxunun isə nəqliyyat problemi var. (Publika.az)