Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-01 13:16:00
Bakı metrosu açılır? - Qurum rəsmisi aydınlıq gətirdi

Sosial şəbəkələrdə və bəzi saytlarda Bakı metrosunun mayın 11-də işini bərpa edəcəyilə bağlı məlumat yayılıb.

 AzEdu.az xəbər verir ki, məsələ ilə bağlı "Bakı metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov açıqlama verib. O bildirib ki, bu barədə qərar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən açıqlanacaq:


"Bizə bu barədə hər hansı göstəriş verilməyib. Nə qərar olacaqsa, Operativ Qərargah açıqlayacaq. Biz də o qərara uyğun olaraq, addım atacağıq".

Qeyd edək ki, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə "Bakı Metropoliteni" martın 31-i saat 22:00-dan etibarən işini dayandırıb.