
3 may Ümumdünya Mətbuat Azadlığı Günüdür.
AzEdu.az xəbər verir ki, Ümumdünya Mətbuat Azadlığı Gününü jurnalistlər 3 may 1993-cü ildən qeyd etməyə başlayıblar. Həmin tarixdə Birləşmiş Millətlər Təşkilatının (BMT) ümumi toplatısında belə bir qərar çıxarılıb.
Bu gün bütün dünyada senzuranın yolverilməzliyi, həbsdə olan jurnalistlərin azad olunması, təzyiqlərə məruz qalan jurnalistlərə qarşı bu hərəkətləri edənlərin cəzalandırılması ilə bağlı müzakirələr aparılır.
Tədbirlər Efiopiyanın paytaxtı Əddis-Əbəbədə gerçəkləşir. Dünya ölkələrində medianın durumu, həbsdə olan qəzet jurnalistikası ilə bağlı son statistik göstəricilər təhlil olunur. Sonda isə BMT-yə üzv olan və qurum qarşısında öhdəlik götürmüş dövlətlər mətbuat azadlığı ilə bağlı ənənəvi bəyanat qəbul edirlər.