
Bütün dünyanı vahiməyə salan "taclı virus" (koronavirus), Günəş işığı artdıqca, şələsini-şüləsini yığışdırıb, yuvasına çəkilir. Artıq bir neçə ölkədə sərt karantin rejimi yumşaldılır və həyat yavaş-yavaş öz axarına qayıdır. Bizdə də "yumuşalma" planlaşdırılıb.
Mən mikrobları yaxşı tanıyan, onların xislətinə yaxşı bələd olan dietoloq kimi, bu məqamla bağlı öz fikirimi bildirmək istəyirəm.
Hansı obyektləri tez açmaq təhlükəlidir?
Restoranlar, toy və yas evləri, kafelər, çayxanalar, gizli işləyən qumarxanalar, məsçidlər, təhsil ocaqları, uşaq bağçaları və bu qəbildən olan digər obyektlər.
Bəs hansı obyektləri elə indidən açmaq olar?
Tikinti və abadlıq obyektləri, fabrik və zavodlar, neft və qaz hasil edən müəssisələr, bərbərxanalar, gözəllik salonları, nəşriyatlar, redaksiyalar, kənd təsərrüfatı ilə məşqul olan obyektlər, hər növ mağazalar, müəyyən normalar çərçivəsində bütün nəqliyyat vasitələri.
Müəyyən təhlükəsizlik tədbirlərini isə mayın 15-20-nə kimi davam etdirmək kifayətdir.
Xalqıma pulgir insanların əlilə törədilmiş bu bəladan tez və kiçik itki ilə çıxmağı arzu edirəm!!!
Ərşad Əzimzadə,
"Ana Təbiət" NGM-nin rəhbəri, yazıçı-jurnalist.