Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-05 17:47:00
Bu ölkədə məktəb və bağçalarda tətil avqusta qədər uzadıldı

Tacikistanda məktəb və bağçalarda tətilin vaxtı avqustun 16-dək uzadılıb.

 

 AzEdu.az  xarici mətbuata istinadən xəbər verir ki, imtahanlar iyunun ikinci yarısında keçiriləcək. Avqustun 17-dən isə yeni dərs ili başlayacaq.

 

Qeyd edək ki, Tacikistanda ilk yoluxma halı bir neçə gün öncə qeydə alınıb.

 

Son məlumatlara görə, ölkədə 230 nəfər koronavirusa yoluxub. Daha 3 208 nəfər həkim nəzarətindədir.