Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-08 14:31:00
Bakı metrosundan istifadə SMS icazə ilə olacaq

"Bakı Metropoliteni" QSC-nin stansiyalarına yalnız yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayışla tərk edən sərnişinlərin girişinə icazə verilməlidir.

 

Bu barədə AzEdu.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

 

Qeyd edək ki, Bakı Metropoliteninin fəaliyyətinin 9 may 2020-ci il saat 06.00-dan etibarən bərpa edilməsinə dair qərar verilib.