Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-10 10:18:00
Ryuqu asteroidi Günəşdən uzaqlaşır

Yaponiya Aerokosmik Məkanın Tədqiqi Agentliyi Ryuqu asteroidi ilə bağlı maraqlı məlumat yayıb. 


AzEdu.az Rusiya mətbuatına istinadən xəbər verir ki, sözügedən göy cismi gələcəkdə Günəş ilə Merkuri arasında qərarlaşa bilər. Bu orbit asteroidin Yerlə Mars arasındakı hazırkı orbitindən fərqlidir.


Məlumata görə, tədqiqatçılar bu qənaətə “Hayabusa-2” zondunun göndərdiyi son fotoların təhlilindən sonra gəliblər. 


Alimlər bildirirlər ki, kosmik cismin səthi 600 selsidən çox qızıb. Bu temperatur asteroidin hazırkı orbitində Günəşə maksimum yaxınlaşma zamanı da mümkün deyil.


Qeyd olunur ki, asteroiddəki yeni kraterdə olan qum və qaya növü yüksək temperaturun təzyiqinə məruz qalmadığına görə, mavi rəngdədir. Bu, kosmik cismin qismən yaxın keçmişdə Günəşdən aralandığını deməyə əsas verir.


Tədqiqatın nəticəsi təsdiq edir ki, 300 min ildən 8 milyon ilədək olan dövrdə Ryuqu asteroidi Günəşdən indiki orbitinin üçdə birindən beşdə birinədək olan məsafədə yerləşib.