
Amerika Sistem Biologiyası Məktəbinin professoru Ança Baranova koronavirusa yoluxanların yalnız yeddi və ya səkkiz faizinin infeksiyaya qarşı sabit immunitet inkişaf etdirdiyini söyləyib.
AzEdu.az Rusiya mətbuatına istinadən xəbər verir ki, professor güclü immunitetin yalnız ciddi xəstəlik keçirmiş xəstələrdə inkişaf etdiyini qeyd edib.
“Bizdə hərarət və öskürəyi olan insanlar var, lakin onların koronavirusa qarşı antikorları yoxdur, antikor qazanmış xəstələr təxminən yeddi, səkkiz faizdir. Bu xəstələr virusa cavab olaraq tez bir zamanda orqanizmdə əmələ gələn interferonların köməyi ilə infeksiyadan qurtulur. Bu vəziyyətdə interferonlar özləri mübarizə aparır və antikorların meydana gəlməsinə ehtiyac qalmır, çünki bu xəstələrin COVID-19-a qarşı immuniteti var. Bizdə güclü immunitet reaksiyasına sahib olan supergücə malik insanlar var ki, onların plazması yoluxmuş insanları müalicə etmək üçün istifadə edilə bilər. Koronavirusu məğlub edənlərin əksəriyyətində güclü immunitet var, lakin ən azı 40 faizi olduqca zəifdir”, - deyə mütəxəssis bildirib.