Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-15 15:37:00
Bu ölkədə dərs ili bərpa olunmayacaq

Gürcüstanda 2019-2020-ci dərs ili bərpa olunmayacaq.

 

 AzEdu.az-ın məlumatına görə “Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin baş naziri Giorgi Qaxaria bildirib.

 

Onun sözlərinə görə, tədris prosesi distant formada aparılır.

 

Baş nazir qeyd edib ki, 12-ci sinid şagirdləri üçün dərs ili mayın 20-də, birinci siniflər üçün isə mayın 27-də başa çatacaq: “Digər şagirdlər dərs ilini iyunun 15-də başa vuracaq. Ali məktəblərə qəbul imtahanları isə adi rejimdə keçiriləcək və tarixlər iyunda elan ediləcək”.