Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-08 10:42:00
“Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması gecikir - AÇIQLAMA

““Ali təhsil haqqında” qanun layihəsi İşçi qrup tərəfindən hələ ki Elm və təhsil komitəsinə təqdim edilməyib. “Məktəbəqədər təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Elm haqqında” qanun layihələri  qəbul edilib. Yalnız “Ali təhsil haqqında” qanun layihəsi qalıb. Bu qanun layihəsi üzərində iş gedir. Şübhəsiz ki, “Ali təhsil haqqında” qanun layihəsini payız sessiyasının gündəliyinə tövsiyə edəcəyik”.

AzEdu.az xəbər verir ki, bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.

 

Komitə sədri “Təhsil haqqında” qanun layihəsinin ümumilikdə böyk layihə olduğunu bildirib:

 

“Bildiyiniz kimi, onun üzərində xeyli vaxtdır ki, iş gedir. Pandemiya dövründəki reallıqlar da qanun layihəsinə yenidən baxmağı zəruri edir. Düşünürəm ki, payız sessiyasında bu məsələyə qayıdacağıq”.