Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-09 09:12:00
NASA bu tarixlərdə açıq kosmosa çıxış planlaşdırır

Amerikalı astronavtlar Kristofer Kessidi və Robert Benken Beynəlxalq Kosmik Stansiyasının (BKS) qöyərtəsindən açıq kosmosa iyun-iyul aylarında iki çıxış həyata keçirəcəklər.

 

AzEdu.az-ın məlumatına görə, bu barədə NASA-nın rəsmi nümayəndəsi xəbər verib.

 

Daha əvvəl 2020-ci ildə bu proqram üzrə artıq üç belə çıxış baş tutub.

 

"Kristofer Kessidi və Robert Benkenin batareyaları əvəz etmək üçün ilk iki çıxışı 26 İyun və 1 İyul tarixlərinə planlaşdırılır", - nümayəndə deyib.

 

Bildirilir ki, batareyaların dəyişdirilməsi üçün ümumilikdə dörd çıxış tələb olunur. BKS-nın enerji təchizatı sistemi üçün altı yeni batareya stansiyaya Yaponiyanın "HTV-9" kosmik yük gəmisi vasitəsi ilə mayın sonunda çatdırılıb.