Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-09 09:45:00
Alimlər  koronavirusun müalicəsini tapdı

Amerikalı alimlər xəstələri şiddətli koronavirus infeksiyasından xilas edə biləcək yeni dərman tapıb.

 

AzEdu.az  xəbər verir ki, "Acalabrutinib" adlı birləşmə əvvəllər qan xəstəliklərinə qarşı istifadə edilib. Bu barədə "Science Immunology" jurnalında dərc olunan məqalədə bildirilib.

 

Səkkizi süni ağciyər ventilyasiyasına yerləşdirilmiş olmaqla, 19 koronavirus xəstəsinin müalicəsində tənəffüs çətinliyi riskini azaltmaq və həddindən artıq aktiv immun cavabını azaltmaq üçün "Acalabrutinib" istifadə olunub. Məlum olub ki, bu dərman Bruton tirozin kinaz (BTK) zülalını bloklayır. Bununla birlikdə, təhlükəsiz dozanı təyin etmək üçün preparat zəruri olan kliniki sınaqlardan da keçirilməlidir.