
Rusiyada dəhşətli cinayət hadisəsi baş verib. Belə ki, residivist yeniyetmələr qrupuna bıçaqlı hücum edib. Nəticədə, beş nəfər yaralanıb, bir nəfər isə ölüb.
AzEdu.az xəbər verir ki, bu barədə 360 TV xəbər yayıb.
Məlumata görə, 16 yaşlı Katya R. və Kristina K. öz dostları ilə şəhərin mərkəzi meydanında əylənərkən, onlara tanımadıqları içkili şəxslər yaxınlaşıb. Gənclərdən biri Katyaya sataşmağa başlayıb.
15 yaşlı İlya M. qızı müdafiə edib. Bu zaman içkili şəxslərdən 24 yaşlı Andrey Alipçenkov dəmir alətlə yeniyetmələri döyməyə başlayıb, daha sonra cibindən bıçaq çıxararaq hücum edib.
Məktəblilərin beşi hazırda qarın nahiyəsinin kəsilmiş-deşilmiş yaraları ilə reanimasiyaya yerləşdirilib. İlya M. hadisənin ertəsi günü xəstəxanada ölüb.
Uşaqların sözlərinə görə, onlar qatili tanımırlar.
Şübhəli artıq saxlanılıb. Bu, A.Alipçenkovun artıq doqquzuncu cinayət əməlidir.