Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-15 10:24:00
SpeaceX yeni peykini kosmosa çıxardı

SpaceX-in hər yeri internetlə təmin etmək üçün başlatdığı Starlink layihəsi, daha bir uğurlu missiyanı həyata keçirib. 

 

AzEdu.az xəbər verir ki, bu dəfə 60 yeni Starlink peyki orbitə çıxarılıb. 

 

Bununla da şirkət daha əvvəl göndərilən peyklərlə birlikdə kosmosa 482 peyk yerləşdirmiş olub. Peykləri kosmosa daşıyan Falcon 9 raketi isə uğurla  Yerə qayıtmağı bacarıb.

 

Qeyd edək ki, SpaceX, hər ay nizamlı olaraq göndərməyi planlaşdırdığı peykləri bütün dünyaya internet xidməti vermək üçün istifadə edəcək. Musk-ın fikrincə, Starlink layihəsinin əhatə dairəsinin genişləndirməsi üçün 800 peykə ehtiyac var.