_789.jpg)
SpeaceX şirkəti Starlink layihəsi üçün sorğuların qəbuluna başlayıb.
AzEdu.az xəbər verir ki, Starlink layihəsinin rəsmi saytında SpaceX şirkətinin qlobal internetinin beta testində iştirak sorğuları qəbul olunmağa başlayıb.
Bu ilin yay fəslində Starlink qlobal internet şəbəkəsinin bağlı beta test mərhələsini işə salır. Buna görə də layihənin saytında beta test mərhələsində iştirak üçün sorğular yığılır. Bunun üçün sadəcə olaraq elektron poçt ünvanını, yaşayış regionunu və poçt indeksini qeyd etmək lazımdır.
Qeyd edək ki, SpaceX şirkəti Starlink layihəsi vasitəsilə qlobal internet şəbəkəsi yaratmağı planlaşdırır və bu internet şəbəkəsi Yer kürəsinin bütün sakinlərini genişzolaqlı internetlə təmin etməlidir. Bu hətta infrastrukturun olmadığı regionlarda yaşayan sakinlərə də aiddir.
Məhz bunun üçün Yer kürəsinin orbitində çoxlu sayda internet peykini yerləşdirmək lazımdır. Hazzırda Yer kürəsinin orbitində 540 ədəd Starlink peyki yerləşir. Lakin internet şəbəkəsinin normal çalışması üçün minimum 780 peyk lazımdır. Elon Musk ümumilikdə Yer kürəsinin orbitində 12.000 ədəd Starlink peyki yelrəşdirməyi planlaşdırır. Bu cür internetin əsas üstünlükləri arasında qiymət, sürət və əlçatanlıq var. SpaceX-in internet xidmətinin hansı qiymətə satılacağı barəsində isə məlumat yoxdur.
İlkin mərhələdə Starlink internet şəbəkəsi ABŞ və Kanadada istifadəyə veriləcək.