_637.jpg)
Linza Universitetinin (Avstriya) robototexnikləri Martin Kaltenbrunner rəhbərliyi ilə yumşaq robotları yeməli edərək yeni tətbiq sahəsini tapıblar.
AzEdu.az xəbər verir ki, bu robotlar canlı orqanizmləri təqlid edərək, heyvanlara dərman verə biləcəklər.
Kaltenbrunner və onun həmkarları təhlükəsiz qida maddələrindən (xüsusilə jelatin və limon turşusundan) biogel yaradıblar. Biogel orqanizm tərəfindən tamamilə mənimsənilir və bakteriyaların artımını dayandırır. Həmçinin yumşaqlıq verən və qurumanın qarşısını alan qliserin də əlavə edilib.
Biogel, ümumiyyətlə çirkab sularında rast gəlinən bakteriyalar üçün nəzərdə tutulan qidadır. Zaman keçdikcə o, məsələn, zibilxanalarda, təbii şəkildə dağılır, normal şəraitdə isə sabit vəziyyətdə qalır.
Daha sonra, həmin geldən 330 000-dən çox davamlı təkrarlanan hərəkətlərə qurumadan və çatlamadan müqavimət göstərən filin gövdəsini təqlid edən robot hazırlanıb.
Alimlər, həmçinin geridönüş və nəzarəti təmin etmək üçün robotu xüsusi sensorlarla təchiz ediblər.
Jelatin yeməli olduğundan, ondan hazırlanmış robotları heyvanlar üçün qida kimi istifadə etmək olar. Bunun vasitəsilə onların orqanizminə lazımlı dərman preparatları yeridiləcək. Həmin robotlar, həmçinin təhlükəsiz uşaq oyuncaqlar istehsalı üçün istifadə edilə bilər.