Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-26 10:29:00
Kosmosa ilk turist bu tarixdə uçacaq

Enerqiya Raket-Kosmik Korporasiyası və Space Adventures Inc şirkəti arasında müqavilə imzalanıb. 

 

AzEdu.az xəbər verir ki, müqaviləyə görə, tarixdə ilk dəfə kosmik turist 2023-cü ildə açıq kosmosa uçacaq.

 

Turist peşəkar kosmonavtın müşayiəti ilə Soyuz MS kosmik gəmisində Beynəlxalq Kosmik Stansiyanın Rusiya seqmentinə çatdırılacaq.

 

Qeyd edək ki, son 9 ildə BKS-a yalnız Soyuz kosmik gəmiləri uçub çata bilirdi. Amma mayın 30-da SpaceX şirkətinə məxsus Falcon 9 raket-daşıyıcısı ilə Crew Dragon kosmik gəmisi Floridadan havaya qalxaraq uğurlu uçuş həyata keçirib.