
Keniyanı təmsil edən atlet Abel Mutai finiş xəttindən bir neçə metr məsafədə idi. O, yarışı başa vurduğunu düşünürdü, qaçmağı dayandırmışdı.
İspaniyalı rəqibi İvan Fernandez Anaya tam arxasında idi, nə baş verdiyini görürdü. O, Abel Mutaiyə qaçmağa davam etməsi üçün qışqırmağa başladı. Lakin kenyalı Mutai ispan dilində bilmirdi. Bunu anlayan Fernandez, onu qələbə qazanmaq üçün finiş xəttinə itələyir.
Bir jurnalist İvan Fernandez Anayadan soruşur:
- Bunu niyə etdin?
- Həmişə belə bir cəmiyyətdə yaşayamağa sahib olacağımızı xəyal edirəm
- Bəs, niyə kenyanlı atletin qələbə qazanmağına imkan verdin?
- Mən onun qələbə qazanmasına imkan vermədim, o, zatən qələbə qazanmışdı
- Amma istəsən sən qələbə qazanardın
- Zəfərimin, o medalın dəyəri nə olacaqdı? Anam bu haqda nə düşünəcəkdi?
Bəli, saxta qələbədənsə, şərəfli məğlubiyyət daha yaxşıdır. Dəyərlər nəsildən nəsilə keçir. Uşaqlarımıza hansı dəyərləri öyərdirik? Çalışaq ki, onları yaxşı dəyərlərlə böyüdək. (Redaktor.az)