Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-16 10:47:00
“Azərbaycanın PUA-ları sıradadır, itki yoxdur” – Vaqif Dərgahlı Ermənistanı TƏKZİB ETDİ

Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Tovuz istiqamətində gedən döyüşlərdə Azərbaycana məxsus 13 PUA-nın guya vurulduğu barədə Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Hovhannisyanın yaydığı məlumatı təkzib edib.

 

AzEdu.az  xəbər verir ki, V.Dərgahlı bu haqda açıqlamasında deyib:


"Bu yanlış məlumatdır. Bildiririk ki, Azərbaycan Ordusunun bölmələrinin silahlanmasında olan bütün bütün PUA-lar sıradadır, itki yoxdur",-deyə Vaqif Dərgahlı bildirib.(Modern.az)