Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-19 11:28:00
Yeni okean yaranacaq - Alimlərdən XƏBƏRDARLIQ

Alimlər gələcəkdə dünyada yeni okeanın meydana çıxmasının mümkünlüyü barədə xəbərdarlıq ediblər.

 

Bu barədə “NBC News" telekanalı bildirib.

 

Tədqiqatçıların hesablamalarına görə, təxminən beş-on milyon il sonra - Afrikanın şərq hissəsində tektonik çat yaranacaq, buna görə də qitə iki hissəyə parçalanacaq.

 

Qitənin bu hissəsi Efiopiyanın Afar regionundadır, hansı ki, üç tektonik lövhənin birləşməsində yerləşir və bir-birindən yavaş-yavaş ayrılır. Regionda tektonik çat 2005-ci ildə yaranıb. Onun uzunluğu indi təxminən 56 kilometr təşkil edir.

 

"Bu, sizin Yer kürəsində kontinental riftin necə okean rifti olduğunu öyrənə biləcəyiniz yeganə yerdir", - Böyük Britaniyanın Lids Universitetinin professoru Kristofer Mur qeyd edib.

 

Alimlər güman edirlər ki, təbii hadisə qalxan maqmaya görə artan təzyiqdən meydana gəlib. İndi onlar GPS-ın köməyi ilə tektonik lövhələrin hərəkətini izləyirlər. (report)