Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-20 17:57:00
SMS icazə üçün ayrılan 3 saatın gün ərzində hissələrə bölünməsi nəzərdə tutulmur

“SMS icazə üçün ayrılan 3 saatın hazırda gün ərzində hissələrə bölünməsi nəzərdə tutulmur”.

 

AzEdu.az  xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

 

Prezidentin köməkçisi deyib ki, son məqsəd yoluxmanın səviyyəsini azaltmaqdır: “Əgər yoluxmanı aşağı salmaq istəyiriksə, mümkün qədər az insanın evdən çıxması lazımdır. Ona görə də 3 saatın bölünməsi düzgün olmaz”.(Apa.az)