Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-21 12:44:00
MN: Sərhədin Tovuz istiqamətində vəziyyət Azərbaycan Ordusunun tam nəzarəti altındadır

"Hazırda Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində vəziyyət ordumuzun tam nəzarəti altındadır".

 

AzEdu.az  xəbər verir ki, bunu iyulun 21-də keçirilən mətbuat konfransında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.

 

O bildirib ki, düşmən təxribatının qarşısını alarkən hərbi qulluqçularımızdan yaralananlar da var: "Hazırda onların müalicələri davam edir. Bəzi KİV nümayəndələri yaralı hərbçilərimizə baş çəkmək istəyirlər. Pandemiya dövründə xəstəxanalara baş çəkmək qadağan olunub. KİV təmsilçilərinin bunu nəzərə almalarını xahiş edirəm".(Report.az)