Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-01 12:42:00
Rusiyada koronavirus vaksinin klinik tərcübələri yekunlaşdı, peyvəndləmə aparılacaq

"Qamaleya İnstitutunun hazırladığı koronavirus vaksinin klinik sınaqları yekunlaşıb".

 

AzEdu.az  xarici mətbuata istinadən xəbər verir ki, bunu Rusiyanın səhiyyə naziri Mixail Muraşko bildirib.

 

O qeyd edib ki, hazırda vaksinin qeydiyyatdan keçirilməsi üçün sənədlər hazırlanır.

 

Nazir həmçinin Rusiyada kütləvi peyvəndləmənin anonsunu da verib: “Oktyabr ayında ölkədə kütləvi vaksinasiya prosesi başlayacaq”.

 

Onun sözlərinə görə, vaksinasiyadan ilk növbədə tibb işçiləri və müəllimlər keçəcək.(Report.az)