Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-05 17:37:00
İmişlidə məktəbdən oğurluq edən şəxs saxlanılıb

İmişlidə məktəbdən oğurluq olub.

 

AzEdu.az xəbər verir ki, hadisə rayonun Otuziki kənd orta məktəbinin inzibati binasında qeydə alınıb. Belə ki, həmin məktəbdən 5500 manat dəyərində 6 ədəd noutbuk və 1 ədəd televizor oğurlanıb.

 

İmişli rayon polis şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən kənd sakini, əvvəllər məhkum olunan 1995-ci il təvəllüdlü Musa Fərahim oğlu Məlikov saxlanılıb.

 

Faktla bağlı İmişli polis şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.(Apa.az)