Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-16 15:32:00
"Veqa" raketinin buraxılışı 1 sentyabrda baş tutacaq

Göyərtəsində 53 mikro və nanopeyki aparan "Veqa" raket-daşıyıcısı əvvəlcədən planlaşdırıldığı kimi avqustun 17-dən deyil, sentyabrın 1-də Fransa Qvianasındakı Kuru kosmodromundan buraxılacaq.

 

AzEdu.az  TASS-a istinadən xəbər verir ki,  bunu "Arianespace"in icraçı direktoru Stefan İsrael bəyan edib.

 

"Veqa sentyabrın 1-də növbəti olacaq. Bu çox vacib bir buraxılışdır, çünki SSMS konsepsiyasını təsdiqləməlidir (kiçik kosmik aparatların orbitə göndərilməsi - TASS), raket-daşıyıcısı göyərtəsində 53 peyk qaldıracaq" - S.İsrael deyib.

 

Xatırladaq ki, "Veqa"nın buraxılışı iyunun 18-də baş tutmalı idi, lakin əlverişsiz hava şəraiti səbəbindən bir neçə dəfə təxirə salındı. Bu ayın əvvəlində "Arianespace" startın 17 avqust tarixinə təxirə salındığını açıqladı.