Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-18 16:16:00
Əyani ümumi təhsil müəssisələrindən 3043-də dərslər bir növbədə keçirilir

Tədris ilinin əvvəlinə Azərbaycanda dövlət və qeyri-dövlət əyani ümumi təhsil müəssisələrinin (sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri, siniflər istisna olmaqla) sayı 4417 olub. Bu məktəblərdən 3043-də dərslər bir növbədə, 1374-də isə dərslər iki və ya üç növbədə keçirilir.

 

Bu məlumat Dövlət Statistika Komitəsinin “Azərbaycanda uşaqlar” adlı məcmuəsində əks olunub.

Rəsmi nəşrdə bildirilir ki, bundan əlavə, 2019-2020-ci tədris ilində sağlamlıq imkanları məhdud uşaqlar üçün təşkil edilmiş siniflər də daxil olmaqla həmin müəssisələrdə 1 milyon 610 min 700 uşaq təhsil alıb.

 

AZƏRTAC