
Gənc alim Türk dünyası konfransında ölkəmizi təmsil edəcək
2020-ci ilin 23-24 oktyabr tarixlərində Türkiyə Cümhuriyyətinin Niğde şəhərində onlayn “Türk dünyası araşdırmaları” VII Beynəlxalq Elmi Simpoziumu keçiriləcəkdir. Dünyanın 50-dən artıq ölkəsini təmsil edən 200-ə qədər alim və tədqiqatçının iştirak edəcəyi mötəbər elmi tədbirdə ölkəmiz də təmsil olunacaqdır. Azərbaycanı bu beynəlxalq elmi tədbirin Plenar iclasında ölkəmizin Elm üzrə Prezident mükafatçısı Elnur Həsənov təmsil edəcəkdir.
Gənc tədqiqatçı “Bəşəriyyətin qədim mədəni irsi – kurqanların yaradıcısı türklərdir” mövzusunda türk və ingilis dillərində məruzə ilə Simpoziumun plenar iclasında çıxış edəcəkdir.
Beynəlxalq tədbirdə dünya alimlərinin, xüsusilə də ictimai və humanitar elmlər sahəsində çalışan tədqiqatçıların qarşılıqlı əməkdaşlığı, elmi istinad göstəriciləri haqqında interaktiv müzakirələrin keçirilməsi nəzərdə tutulur.