Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-22 17:40:00
P vitamini nədir? - İnanılmaz faydaları var, ancaq...

C vitamininin qəbulunu artıraraq faydalarının itirilməsinin qarşısını alan və C vitamini ilə bənzədiyi üçün fərqi hiss edilməyən P vitamini haqqında demək olar ki, məlumatsızıq.


AzEdu.az Teleqraf.com-a istinadən xəbər verir ki, P vitamini bədənimizdəki damarlar arasındakı əlaqəni və bu damarların quruluşunu təmin edən kapilyarların keçiriciliyinin qorunmasında mühüm rol oynayır. Vitamin sarı rəngdədir, suda həll edilir və C vitamini ilə çox oxşar xüsusiyyətlərə malikdir. Adətən eyni qidaların tərkibində olurlar.

 

P vitaminin çatışmazlığ zamanı əzələlərdə və budlarda qıcolmalar meydana gələ bilər. Bəzi hallarda ürəyin tez-tez döyünməsi P vitamini çatışmazlığından xəbər verir. P vitamini çatışmazlığı oynaqlarda şişkinlik və tarazlığın itirilməsinə səbəb ola bilər.

 

P vitamini kollagen toxumasının möhkəmliyini və elastikliyini təmin edir, şəkərli diabet, hemeroid, varikoz, ülser, diabetik qanaxma, doğuş, menstrual və diş əti qanaması problemlərində faydalıdır.

 

Soyuqdəymə zamanı C vitamini ilə birlikdə qəbulu müsbət nəticələr verir.

 

C vitaminini oksidləşmədən qoruyur və dolayı yolla C vitamininin təsirini artırır.

 

Şişlik və iltihab, astma və allergik şəraitdə faydalıdır.

 

D vitamini ilə yanaşı, menopoz, beyin qanaması və insult zamanı radiasiya təsirinin azaldılmasında təsirli olduğu hesab edilir.

 

P1 vitamini, yüksək təzyiqi azaldır və güclü antioksidandır.

 

P vitamini dəridəki kollageni qoruyur və qocalmanı gecikdirir. Qocaldıqca bədəndəki kalogen miqdarı azalır. Kalogen quruluşun qorunması sağlam və gənc görünən dəri quruluşu üçün çox vacibdir.

 

P vitamini şabalıd qabığı, kahı, təzə bibər, fıstıq, sitrus meyvələrində, xüsusən nərə bənövşəyi və ağ cismin qabığında, bənövşə yarpaqları, yumurta, qarağat, kivi, soğan, qızılgül, limon, ispanaq, kələm, yaşıl çayın tərkibində var.