Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-03 12:46:00
Parlament jurnalistlərindən yeni təşəbbüs

Tərəfsiz (Parlament) Jurnalistlər İctimai Birliyi Ermənistanın bölgədə təhlükəsizliyə təhdidləri ilə bağlı xarici mediada təbliğat kampaniyasının təşkilinə başlayıb.

 

Layihənin məqsədi Azərbaycan və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya mediasında daha çox yayılması işinə töhfə vermək, Ermənistanın işğalçılıq siyasəti nəticəsində bölgədə təhlükəsizliyə təhdid olan amillərin dünya mediasında qabardılmasına yardım etmək, bununla da Azərbaycanın haqq işinə dəstək verməkdən ibarətdir.

 

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə keçirilən layihə çərçivəsində müxtəlif ölkələrin mediasında Dağlıq Qarabağ münaqişəsinin tarixi, respublikamıza vurduğu mənəvi və maliyyə ziyanı, münaqişənin siyasi tərəfi və digər məqamlara dair yazılar dərc olunacaq.

Lakin bununla yanaşı, layihə çərçivəsində yerli mediada da sözügedən mövzuda fərqli istiqamətlərdə yazıların dərci planlaşdırılır. Layihə bu ilin oktyabr ayına qədər davam edəcək.