
2020-08-26 12:37:00
Pekində koronavirus xəstəsi qalmadı
Çinin paytaxtında koronavirus xəstəliyinə yoluxmuş son iki nəfər xəstəxanadan evə buraxılıb.
AzEdu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Pekinin Gigiyena və Səhiyyə üzrə Dövlət Komitəsi açıqlama verib.
Məlumata görə, pandemiya başlayandan bəri ilk dəfədir ki, şəhərin tibb müəssisələrində koronavirus xəstəsi qalmayıb.
Statistikaya görə, Çinin materik hissəsində yoluxanların 94,13 faizi müalicə olunub.
Qeyd edək ki, Çində yoluxmuş insanların ümumi sayı 84,9 min nəfəri keçib. Son yeddi gündə 108 hadisə aşkar edilib (bir həftə ərzində xəstəxanalardakı xəstələrin sayının azalma dinamikası gündə təxminən 6,7 faiz olub).
Aprelin 15-dən bəri ölkədə COVID-19-dan ölüm hadisəsi baş verməyib.
Bu bölməyə aid digər xəbərlər
Günün havası - Yağış, dolu...
2024-09-12 08:30:00
BDU da “TələbəPlus” layihəsinə qoşuldu
2024-09-11 17:58:56
Yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
2024-09-11 15:37:12
Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti yüksəldiləcək - SƏRƏNCAM
2024-09-11 15:20:47
Bakıda uşaq bağçasında təhlükəli vəziyyət
2024-09-11 15:05:12
Yeniyetmə özünü 17-ci mərtəbədən atıb
2024-09-11 13:47:40
Sabahın havası: 32 dərəcə isti olacaq
2024-09-11 13:24:20
11-ci sinif şagirdi intihar etdi
2024-09-11 10:35:55
Göygöldə qardaş qardaşı bıçaqlayıb
2024-09-11 10:16:50
İntihar etmiş tələbə ilə bağlı yeni DETALLAR
2024-09-11 10:10:51